Quba şəhərində yol nişanlanma işləri aparılır
13 Noyabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
regionlarda yol hərəkəti təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin
təmin olunması məqsədilə nişanlanma işləri davam etdirilir.
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
avtomobil yolunun 208 kilometrlik hissəsində nişanlanma işləri həyata keçirilib
və təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə müvafiq nişanlar
quraşdırılır.
Quba şəhərinin Heydər Əliyev prospekti, Zəfər, Nəriman
Nərimanov və Cəfər Cabbarlı küçələrində də üfüqi nişanlanma xətlərinin yenilənməsi
həyata keçirilib. Ümumilikdə 37 kilometrlik ərazidə xətləmə işləri görülüb.
Hazırda yol nişanlanma işləri davam etdirilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir