Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatı
14 May, 2025

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir
“Böyük
Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan
azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.
2025-ci il
mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az)
əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli,
Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər
edə biləcəklər. Qeyd edək ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri
və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.
“Yolumuz
Qarabağa” portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı
olacaq.
Fərdi minik
avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına
bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına
məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat
vasitələri nəzərdə tutulur.
Fərdi minik
avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə
bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış
olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə
əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq
yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli
olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Vətəndaşlar,
həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət
göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.
Digər xəbərlər
13 Iyun, 2025
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb
13 Iyun, 2025
3 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
12 Iyun, 2025
Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
10 Iyun, 2025
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 54 000-dən çox sərnişin daşınıb
09 Iyun, 2025
Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır