Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir
19 Noyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi,
nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin
təmin edilməsi məqsədilə paytaxtın Binəqədi rayonu ərazisində təhlillər aparılıb.
Təhlillərə
əsasən, hazırda Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış
kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt
şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol
qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırlar. Bu da 3 km-dən
çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə
yüklənməsinə gətirib çıxarır. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin
təhlükəsizliyi arzuolunan səviyyədə deyil.
Ərazidə
yaşayan sakinlərin çoxsaylı istəkləri nəzərə alanıraq, Biləcəri qəsəbəsinin Rəşid
İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil
edilir.
Həyata
keçirilən layihə çərçivəsində sözügedən yol kəsişməsində hərəkət işıqforla
nizamlanacaq. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksi
istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən
geriyədönmə yerindən istifadə edə biləcək.
Layihəyə
əsasən, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin
hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan
piyada keçidləri təşkil olunacaq.
Eyni
zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılacaq, yeni yol
nişanları quraşdırılacaq, nişanlanma xətləri təşkil ediləcək.
Tətbiq
ediləcək dəyişikliklər barədə videoçarxda tanış ola bilərsiniz.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir