Şəhərlərarası və rayonlararası sərnişindaşıma ilə bağlı məhdudiyyət öz qüvvəsində qalır.
07 Sentyabr, 2020
Bu ilin mart ayından etibarən şəhərlərarası və rayonlararası sərnişindaşıma ilə bağlı məhdudiyyət öz qüvvəsində qalır. Sentyabrın 8-dən etibarən regionlara gediş-gəliş məhdudiyyətinin aradan qaldırılması ilə əlaqədar olaraq (şəxsi minik avtomobilləri ilə) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti regionlarda gücləndirilmiş iş rejimi elan edib. Bununla əlaqədar olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti bütün turistik zonalarda ehtimal olunan sərnişin sayına uyğun olaraq avtobusların artırılmasına nəzarəti həyata keçirəcək. Avtobusların artırılması ilə bağlı qərar verilən zonalar Şəki, Zaqatala, Qax, Qəbələ, Lənkəran, Masallı, Quba, Qusar, İsmayıllı və Şamaxı regionlarıdır.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir