Şəhid olmuş nəqliyyatçılar
27 Avqust, 2019
Şəhid olmuş nəqliyyatçılar
Qanlı 20 yanvar hadisələrində şəhid olanlar sırasında Bakı Şəhər İcra Hakimiyyəti yanında Sərnişin Nəqliyyat Baş İdarəsinin (hazırda NRYTN yanında DANX-ın tabeliyində olan "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC) əməkdaşları Əliyev Rüstəm Şahvələd oğlu, Mustafayev Mahir Vaqif oğlu, Məmmədov Məmməd Yarməmməd oğlu və Məmmədov Fərmanın 13 yaşlı qızı Məmmədova Larisa Fərman qızı da olub. 123 nömrəli abtobusun sürücüsü Rüstəm Əliyev Salyan kazarması önündə yaralıları avtobusla daşıyaraq həyatlarını xilas edərkən avtobusa atılan güllələrdən birinə tuş gələrək şəhid olur. 2 nömrəli "Avtobus parkı"nın əməkdaşı Mahir Mustafayev idarə etdiyi "QAZ-53" markalı avtomobili ilə yaralıları daşıyarkən aldığı güllə yarasından şəhid olur. 39 nömrəli avtobusun sürücüsü Məmməd Məmmədov Salyan kazarması önündə yaralıları daşıdığı avtobusu saxlanma əmrinə tabe olmadığı üçün sürdüyünə görə, gülləbaran edildiyi avtobusda yaralı olmasına rəğmən yaralıları ən yaxınlıqdakı xəstəxanaya çatdıraraq elə avtobusun salonunda dünyasını dəyişir. Avtomobil dəstə rəisi işləyən Fərman Məmmədov o gecə qızı ilə güllə yarası alır və müstəqilliyə 13 yaşlı Larisanı qurban verir. Allah şəhidlərimizə rəhmət etsin! Vətən qəhrəmanları ilə qürur duyur.
Digər xəbərlər
17 Avqust, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
14 Avqust, 2026
Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub
13 Avqust, 2026
6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır
12 Avqust, 2026
Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub
11 Avqust, 2026
Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib