“Sabah”–“Hapoel” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
25 Avqust, 2026
Avqustun 25-də Tofiq Bəhramov adına Respublika
Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar
stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək
onların maneəsiz hərəkətləri təmin olunacaq.
Məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə
də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti
olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib.
Qeyd edək ki, oyun müddətinin uzadılmasından asılı
olaraq metronun bağlanması ilə əlaqədar yaradılmış ekspres marşrutların iş
saatı artırıla bilər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir