Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib
16 May, 2025
BMT-nin
8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə Bakı Avropa
Liseyində yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir təşki edib. Məqsəd
məktəbliləri yol qəzalarından qorumaq, yol istifadəçiləri arasında təhlükəsiz və
məsuliyyətli davranış mədəniyyətini formalaşdırmaqdır.
Şagirdlərlə
yol hərəkətinin təhlükəsizliyi mövzusunda interaktiv sessiya təşkil edilib. Mövzuya
dair bukletlər paylanılıb, məktəbin dəhlizlərinə maarifləndirici posterlər yerləşdirilib.
Məktəblilərə
yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib, yol keçərkən daha diqqətli
olmaları tövsiyə edilib. Şagirdlər yol hərəkəti nişanları ilə tanış olublar.
Yol hərəkəti
təhlükəsizliyi həftəsi çərçivəsində liseyin qarşısında qaldırılmış piyada
keçidi təşkil olunub, səkilər təmir edilərək daha təhlükəsiz hala gətirilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir