"Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir
28 Noyabr, 2025
Nəqliyyat
axınlarının nizamlanması və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Moskva prospektinin
"Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər
edilir.
20
Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı hissəsində
iki yol sahəsi mövcud olduğuna baxmayaraq biri istifadə olunmadığından kəsişmənin
tutumu və buraxıcılıq qabiliyyəti aşağı düşür. İstifadəsiz qalan yol sahəsində
isə mövcud qanunsuz parklanma halları hərəkət iştirakçılarının nizamlı və fasiləsiz
hərəkətinə ciddi maneə yaradır.
Eyni
zamanda, Moskva prospektinin “Şamaxinka” adlanan ərazisində hər iki istiqamət
üzrə mövcud olan geriyədönmə yerlərindən istifadə edən nəqliyyat vasitələrinin
və prospekt üzrə əsas axında hərəkət edən avtomobillərin trayektoriyası
toqquşur. Bu nöqtələrdə hərəkət yalnız yol nişanları ilə tənzimlənir.
Nəticədə
geriyədönmə edən avtomobillər əsas axına daxil olarkən yolda ciddi maneə və
sıxlıq yaranır, zolaq dəyişən sürücülər və əsas istiqamətdə hərəkət edən nəqliyyat
vasitələri arasında toqquşma riski artır. Pik saatlarda isə prospektin bu hissəsində
axın sürəti əhəmiyyətli dərəcədə azalır.
Layihə
hazırlanarkən “Rəqəmsal əkiz” üzərindən simulyasiyalar aparılıb.
Reallaşdırılan
layihəyə əsasən, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat
adacıqları təşkil ediləcək. Beləliklə, 20 Yanvar küçəsinin Moskva prospekti və
Asif Məhərrəmov küçəsi arasındakı və ona paralel hissədə birtərəfli hərəkət təmin
olunacaq. Bununla da həmin yol sahəsinin səmərəliliyi dəfələrlə artacaq, kəsişmənin
buraxıcılıq qabiliyyəti yüksələcək. Dəyişikliklər nəticəsində 20 Yanvar küçəsinə
paralel yerləşən küçədə mövcud qanunsuz parklanma halları aradan qaldırılacaq və
4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat
vasitələri bu yola yönləndiriləcək.
Layihənin
icrası ilə Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu
kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi
işıqforla tənzimlənəcək.
Sözügedən yol sahəsində
dayanacaq məntəqələrinin yerinin optimallaşdırılması da həyata keçiriləcək.
Tətbiq ediləcək dəyişiklik barədə videoçarxda tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?v=RhmNwPepF7Y
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb