Şəhər şosesində xüsusi hərəkət zolağı Heydər Əliyev prospektinə qədər uzadılır
26 Noyabr, 2025
Xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə
bağlı tədbirlər davam etdirilir. Məqsəd şəhər daxilində sərnişindaşımada
rahatlığı və keyfiyyəti artırmaqdır. Hazırda xüsusi hərəkət zolağının
yaradılması Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir.
Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət
zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün
başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək həmin zolaq mövcud
deyildi. Bu isə uzun müddət ictimai nəqliyyat vasitələrinin sıxlıqla
qarşılaşmasına, avtobuslarda intervalın pozulmasına və minlərlə sərnişinin vaxt
itkisinə səbəb olurdu. Sıxlığın ən çox yaşandığı məhz bu hissədə zolağın
olmaması marşrutların fasiləsiz hərəkətinə ciddi maneə törədirdi. Bu səbəbdən yeni
zolağın yaradılması zəruri idi.
Xüsusilə qeyd edək ki, ərazidə tikinti işləri
aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Bunun nəticəsində hərəkət
zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və xüsusi hərəkət zolağı təşkil edilib. Beləliklə
1-ci mərhələ üzrə işlər tamamlanıb. Xüsusi hərəkət zolağı Heydər Əliyev
prospektinə qədər uzadılır. Layihə çərçivəsində, həmçinin səkilər təmir
olunub.
Şəhər şosesində zolağın təşkil edilməsi ilə gün ərzində
17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobusun daha rahat və maneəsiz hərəkəti
təmin olunacaq. Bu, təkcə avtobus sürücülərinin işini yüngülləşdirmir, həm də
gün ərzində minlərlə sərnişinin vaxt ikisinin qarşısını alır.
İctimai nəqliyyata üstünlük verən və hər gün işinə,
dərsinə, evinə vaxtında çatmağa çalışan vətəndaşların rahat daşınmasına şərait
yaradan bu cür xüsusi zolaqların əhəmiyyətini nəzərə alaraq, bütün hərəkət
iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb