Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir
19 Noyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat
vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı
tədbirlər davam etdirilir.
Hazırda
xüsusi hərəkət zolağının təşkili Şəhər şosesində (Zabrat yolu) həyata
keçirilir.
Sabunçu
rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq,
şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə
kəsişməyədək zolaq mövcud deyildi. Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq
halları ilə üzləşməsinə səbəb olurdu.
Qeyd edək ki, ərazidə tikinti işləri aparılaraq
yolun hərəkət hissəsi genişləndirilib. Nəticədə hərəkət zolaqlarının sayı 2-dən
3-ə çatdırılıb və bununla da xüsusi hərəkət zolağı təşkil edilib.
Şəhər şosesində zolağın yaradılması ilə 17 müntəzəm
marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz
və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların
əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə
çağırış edirik.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir