Şəhərlərarası, şəhərətrafı və şəhərdaxili marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
07 Avqust, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq paytaxtın 75 nömrəli şəhərdaxili, 156 və 156A nömrəli şəhərətrafı, eləcə
də Gəncə-Gədəbəy və Gədəbəy-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə
müsabiqələrin qalibləri müəyyən edilib.
Metronun “Memar Əcəmi” stansiyasını Abşeron
rayonunun Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 nömrəli və qəsəbənin 20 Yanvar küçəsi
ilə əlaqələndirən 156A nömrəli şəhərətrafı, eləcə də paytaxtın Yeni Yasamal yaşayış
massivini (Məhəmməd Xiyabani küçəsi) “Yasamal” yaşayış kompleksi (Kamil Rəhimli
küçəsi) ilə birləşdirən 75 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə hüquqi
şəxs "Kral Transport" MMC;
Gəncə-Gədəbəy və Gədəbəy-Gəncə marşrutları üzrə isə
fiziki şəxs Rüstəmli Şahin Rüstəm oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir