Şəhərlərarası sərnişindaşımada avtobus parkı yenilənir
29 Avqust, 2025
AYNA tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır.
Sumqayıtdan ölkənin müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən 34 reys üzrə bu günədək 24 müsabiqə keçirilib. Bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 15 yeni və müasir avtobus cəlb edilib. Bu, avtobus parkının 45%-nin müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi deməkdir.
Reyslərin 70%-i onlayn bilet satışı üçün “biletim.az" portalına inteqrasiya olunub.
Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin yenilənməsi və bütün reyslərin “biletim.az” portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir