Şəhərlərarası sərnişindaşımada avtobus parkı yenilənir və rəqəmsal həllər tətbiq olunur
20 Iyun, 2025
Hazırda
paytaxtdan ölkənin müxtəlif şəhər və rayonlarına 253 müntəzəm avtobus reysi fəaliyyət
göstərir. Mövcud qanunvericiliyin tələbləri əsasında 178 reys üzrə müsabiqələr
keçirilərək qalib daşıyıcılar müəyyən edilib.
Bu
müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 67 yeni və müasir avtobus cəlb
olunub. Bu isə avtobus parkının 22,5%-nin müasir nəqliyyat vasitələrilə əvəzlənməsi
deməkdir.
Bakı-Bərdə
və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr yekunlaşıb. Nəticədə mövcud
avtobus parkının orta yaşı 21 ildən 10 ilə qədər azalıb.
Ölkənin
şimal istiqaməti üzrə də bütün müsabiqələr bitib. Quba, Qusar, Xaçmaz, Xudat,
Şabran və Siyəzən istiqamətləri üzrə reyslərə 19 yeni və müasir nəqliyyat vasitəsi
cəlb olunub. Bu, avtobus parkının 22,6%-nin yenilənməsi deməkdir.
Paytaxtdan
müxtəlif şəhər və rayonlara fəaliyyət göstərən reyslərin 92%-i onlayn bilet
satışı üçün “biletim.az” portalına inteqrasiya olunub.
Artıq
AYNA tərəfindən sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin
68,5%-i GPS avadanlığı ilə təchiz olunub və bu iş davam etdirilir. Bu nəqliyyat
vasitələri Monitorinq Mərkəzi tərəfindən mütəmadi olaraq izlənilir.
Avtobus
marşrutları üzrə müsabiqələr mərhələli şəkildə keçirilir və bütün istiqamətlər
üzrə sərnişindaşıma fəaliyyətinə yeni və müasir avtobusların cəlb edilməsi nəzərdə
tutulur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir