Şəhərlərarası və şəhərdaxili daşımalarda istifadə edilən avtobuslar yenilənir
13 Dekabr, 2024
Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqət mərkəzində saxlanılır. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunması məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.
2024-cü ilin 11 ayı ərzində AYNA tərəfindən marşrut xətlərinin daha müasir, komfortlu və ən son tələblərə cavab verən nəqliyyat vasitələri ilə təmin olunması məqsədilə 226 lot üzrə müsabiqənin keçirilməsi barədə elan verilib. Müsabiqələrin nəticələrinə əsasən, paytaxtdan Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Zaqatala və Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib. Artıq bu istiqamətlərdə səfərlər 2015-2024-cü illər istehsalı olan 27 yeni avtobusla həyata keçirilir.
2023 və 2024-cü illərdə şəhərdaxili daşımalara ümumilikdə 284 müasir avtobus cəlb olunub.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir