Sərnişindaşımada gücləndirilmiş iş rejimi tətbiq olunur
21 Fevral, 2025
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti
ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş
iş rejimində fəaliyyət göstərir.
AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda
avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin
tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun
avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buzdan təmizləndikcə
avtobusların xəttə buraxılması təmin edilib. Sürət həddi hava şəraiti nəzərə
alınaraq tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə
bilər.
Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin
hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük
vermələrini tövsiyə edirik.
Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin
təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar
saat 21:30-dək fəaliyyət göstərəcək. Sərnişinlərdən səfərlərini planlayarkən
bunu nəzərə almalarını xahiş edirik.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir