141

Əsas Xəbərlər

Sifarişli sərnişin daşınması üçün formulyarların istifadəsi ilə bağlı maarifləndirici tədbirlər keçirilir

Sifarişli sərnişin daşınması üçün formulyarların istifadəsi ilə bağlı maarifləndirici tədbirlər keçirilir

06 Mart, 2025

Sifarişli sərnişin daşınması üçün formulyarların istifadəsi ilə bağlı maarifləndirici tədbirlər keçirilir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcıların sifarişli sərnişin daşınması üçün formulyarların istifadəsinə dair tələblərin yerinə yetirilməsini yoxlamaq üçün maarifləndirici tədbirlər keçirir. Birgə tədbirlərin keçirilməsində məqsəd bu sahədə dövlət tənzimlənməsini həyata keçirmək, sahibkarların qanuni maraqlarını qorumaq, şəffaflığı, qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək və yeni hazırlanmış elektron sistemdən istifadə vərdişlərini formalaşdırmaqdır.

“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında” Qərar Nazirlər Kabineti tərəfindən 2024-cü il martın 14-də qəbul edilib.

Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulduqdan sonra daşıyıcının və sifarişçinin (təşkilatçının) gücləndirilmiş elektron imzası ilə imzalanır.

Sifarişli sərnişin daşımaları üçün tərtib edilmiş formulyarda tərtib edilmə  tarixi, daşıyıcının və sifarişçinin (təşkilatçının) rekvizitləri, işçi heyəti üzvlərinin soyadları və adları, sərnişinlərin siyahısı, sərnişin avtonəqliyyat vasitəsinin markası və modeli, dövlət qeydiyyat nömrəsi, icazə verilən oturacaqların sayı, sərnişinlərin daşınması marşrutunun sxemi (yola düşmə, təyinat məntəqələri) və digər məlumatlar daxil edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən və 2024-cü il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən, sifarişli sərnişin daşınmasının (taksi avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Sifarişli sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilən dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə, müntəzəm marşrutlar üçün müəyyən edilən hərəkət cədvəli, hərəkət sxemi ilə yerinə yetirilməsinə, eləcə də buraxılış kartı və buraxılış vəsiqəsi olmadığına görə də həmin məbləğdə cərimə tətbiq olunur.

Daşıyıcılara sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmaqları tövsiyə olunur. 

Xəbəri sosial platformalarda paylaş: