Sumqayıt Dəmiryol Vağzalının qarşısında xaotik vəziyyətin qarşısı alınır
21 Noyabr, 2025
Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin
göstərilməsi məqsədilə Sumqayıt Dəmiryol Vağzalının qarşısında yeni nəqliyyat
mübadilə mərkəzi yaradılıb.
Nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz
hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz
minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib.
Ərazidə nişanlanma işləri həyata keçirilib,
müvafiq nişanlar quraşdırılıb.
Dəmir yolu vağzalının qarşısında minik avtomobillərinin
xaotik parklanmasının qarşısının alınması üçün yeni parklanma yerləri yaradılıb.
Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə
ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.
Hazırda Sumqayıt Dəmiryol Vağzalında 5 marşrut xətti
üzrə (5, 6, 10A, 22, 39 nömrəli)
40 avtobus fəaliyyət göstərir. Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə
mərkəzinə hərəkət edəcək əlavə marşrutların təşkili də nəzərdə tutulub.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir