Sumqayıt Nəqliyyat Mübadilə Mərkəzindən keçən marşrutların sayı artırılıb
02 Dekabr, 2025
Sumqayıt Dəmiryol Vağzalı qarşısında yeni yaradılan nəqliyyat mübadilə mərkəzində fəaliyyət göstərən marşrut xətlərinin sırasına daha ikisi əlavə olunub. Artıq 7 və 9 nömrəli marşrut xətlərində istifadə olunan 26 avtobus nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək.
Buna qədər nəqliyyat qovşağında 5 marşrut xətti üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərirdi.
Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək marşrutların sayının artırılması nəzərdə tutulub.
Nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib. Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar quraşdırılıb. Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.
Tətbiq edilən dəyişiklik barədə videoçarxda tanış ola bilərsiniz:
https://youtu.be/3EReYuGvBNo?si=CheWNr-_-Fw90jHm
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir