Sürücü qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
18 Iyun, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
(İRİA), taksi sifarişi operatorlarının iştirakı ilə “Digital Finance” layihəsinin
icrasına başlanılıb. İRİA-nın dəstəyi ilə həyata keçirilən “Digital Finance”
layihəsi çərçivəsində iki böyük taksi sifarişi operatorunda (Bolt və
Uber/Yango) yeni rəqəmsal həll tətbiq edilib.
Yeni
sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılması
prosesinin avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi
və sərnişinlər üçün təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəldilməsinə
hesablanıb.
Layihənin
məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı “Xüsusi
hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının texnoloji həll vasitəsilə
real vaxt rejimində avtomatik yoxlanılmasının təmin edilməsidir.
Əlavə
olaraq, sürücülərin “Xüsusi hazırlıq şəhadətnaməsi” məlumatlarının
paylaşılmasına dair öz “myGov” kabinetləri üzərindən razılıq vermələri tələb
olunur.
Qeyd
edək ki, indiyədək yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi”
və “Buraxılış kartı” məlumatlarının yoxlanılması prosesi taksi sifarişi
operatorları tərəfindən avtomatik deyil, əl ilə icra edilirdi. Bu isə buraxılış
kartı olmadan və təlimdən keçməyən sürücülərin asanlıqla qeydiyyatdan keçərək taksi
sifarişi operatorlarının sistemlərində sürücü profili yaratmaqla fəaliyyət göstərmələrinə
imkan verirdi. İndi isə qeyd olunan sənədlərin mövcudluğu yaradılmış
inteqrasiya əsasında yoxlanılacaq, sözügedən sənəd və icazələri olmayan şəxslər
sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.
Digər xəbərlər
03 Sentyabr, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,7 dəfə artıb
02 Sentyabr, 2026
“Brutto müqavilə”yə keçidlə ictimai nəqliyyat sahəsində yeni dövr başlayır
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik