Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılır
14 Mart, 2022
Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər Şuşa və Ağdam istiqamətində 64 reys uğurla həyata keçirilib. Ümumilikdə 2800-dən çox sərnişin müvafiq istiqamətlər üzrə səfər edib.
Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı – Ağdam – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. Aprel ayından etibarən sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.
Məlumat üçün bildirək ki, martın 13-də Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun geri dönüşü güclü qar və yolların buz bağlaması ilə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün təxirə salınıb. Onların Şuşada qalmasına şərait yaradılıb. Bu gün sərnişinlərin təhlükəsiz şəkildə geri dönmələri təmin edilib.
Həmçinin hava şəraiti ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 15 və 16 mart tarixlərində Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysləri təxirə salınıb. Həmin reyslər 7 və 8 aprel tarixlərində həyata keçiriləcək.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir