Taxoqraf emalatxanasının fəaliyyətə başlaması üçün addımlar
21 May, 2026
Taxoqraf cihazlarına texniki xidmət üzrə
emalatxana kimi fəaliyyətə başlamaq üçün hüquqi və fiziki şəxslər
ilk növbədə Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət etməlidirlər.
Müraciətə
aşağıdakı sənədlər əlavə olunur:
• müraciət forması;
• uyğunluğu qiymətləndirən qurumun əsasnaməsinin
layihəsi (2 nüsxə);
• akkreditasiya sahəsinin layihəsi (2 nüsxə);
• idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik
sənədi;
• işçi heyəti barədə məlumat (sayı,
ixtisası və təcrübəsi);
• laboratoriyanın pasportu
(laboratoriyalar üçün);
• şəxsiyyəti təsdiq edən sənədin surəti
(fiziki şəxslər üçün);
• hüquqi şəxslərin dövlət reyestrindən
çıxarışın surəti (hüquqi şəxslər üçün).
Mərkəzdən
akkreditasiya attestatını əldə edənlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən
müvafiq registrdə qeydiyyata alınmaları üçün AYNA-nın Elektron Xidmətlər
Portalında “Rəqəmsal taxoqraf” altsistemi vasitəsilə müraciət etməlidirlər.
Müraciətə
baxıldıqdan sonra emalatxanaya taxoqrafların sınağı və kalibrlənməsi zamanı
istifadə olunması üçün qeydiyyat nömrəsi verilir.
Registirdə
qeydiyyat nömrəsi əldə edildikdən sonra taxoqrafın emalatxana kartının alınması
üçün müraciət olunur.
Dəstəyə
ehtiyacı olan hüquqi və fiziki şəxslər AYNA-nın Yük daşımaları departamenti ilə
əlaqə saxlaya bilərlər:
“Qaynar
xətt”: 141
Daxili nömrələr: 1160, 1161
Mobil: 077 455 97 88
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir