Taxoqraf kartlarının istehsalında mühüm addım: Azərbaycan Avropa Komissiyasının sessiyasını uğurla tamamladı
13 Dekabr, 2025
Azərbaycan Respublikasında taxoqraf kartlarına dair milli sistemin fəaliyyətinin təmin olunması, beynəlxalq avtomobil daşımalarının fasiləsiz və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə mühüm mərhələ uğurla başa çatdırılıb. 30 sentyabr 2025-ci il tarixində AUSTRIACARD HOLDING şirkəti ilə rəqəmsal taxoqraf kartlarının istehsalına dair imzalanmış müqavilə üzrə tələb olunan Milli Açarların yenilənməsi prosesi tamamlanıb.
Rəqəmsal
taxoqraf sisteminə aid Milli Açarların yenilənməsi üçün AYNA tərəfindən bütün
hazırlıq tədbirləri görülmüş və Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi
(JRC) tərəfindən 10 dekabr 2025-ci ildə İtaliyanın İspra şəhərində keçirilən
növbəti Sessiyada AYNA-nın nümayəndəsinin iştirakı təmin edilmişdir.
Sessiya
çərçivəsində JRC-nin müəyyən etdiyi prosedur qaydalarına uyğun olaraq Azərbaycan
Respublikasının rəqəmsal taxoqraf sisteminə aid Milli Açarlar yenilənmiş,
sertifikatlaşdırılmış və istehsalçı AUSTRIACARD HOLDING şirkətinə təhvil
verilmişdir.
Bu
prosesin uğurla başa çatdırılması nəticəsində, rəqəmsal taxoqraf kartlarının
verilməsi növbəti iki il ərzində fasiləsiz şəkildə davam etdiriləcək.
Qeyd
edək ki, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda iş və istirahət
rejiminə riayət edilməsinin təmin olunması məqsədilə cari ildə 1921 ədəd, son
dörd il ərzində isə ümumilikdə 12220 ədəd rəqəmsal taxoqraf kartı ölkəyə gətirilərək
operatorlara və sürücülərə təqdim edilib.
Digər xəbərlər
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir