Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq
21 Yanvar, 2026
Paytaxtda
mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi,
bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihə icra
edilir.
Yasamal
rayonunda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Əbdülvahab Salamzadə
küçəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat
vasitələri hazırda Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə
edir. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol
zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri hərəkət axınının sürətini əhəmiyyətli
dərəcədə azaldır və həmin hissədə ciddi sıxlıqa səbəb olur.
Mövcud
problemin aradan qaldırılması məqsədilə ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab
Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində birbaşa çıxış təmin
ediləcək. Bununla da geriyədönmə manevrlərinə ehtiyac aradan qalxacaq və hərəkətin
axıcılığı yüksələcək.
Layihə
çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi
işıqforla nizamlanacaq.
Eyni
zamanda, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları təmin ediləcək.
Tətbiq
ediləcək yenilik barədə videoçarxda tanış ola bilərsiniz:
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir