Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihə yekunlaşmaq üzrədir
14 May, 2026
Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət
Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihənin əsas hissəsi
yekunlaşıb. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icra edilən layihənin
məqsədi yol hərəkətinin təhlükəsizliyini artırmaq, nəqliyyat axınının fasiləsizliyini
təmin etmək və şəhər mobilliyini daha səmərəli təşkil etməkdir.
Layihə çərçivəsində aşağıdakı dəyişikliklər həyata
keçirilib:
- Sola dönən nəqliyyat vasitələri üçün hər iki
istiqamətdə axından ayrılmış xüsusi zolaqlar yaradılıb. Bu yanaşma sayəsində
dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılır, düzünə hərəkət edən nəqliyyat
vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə bilir.
- Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində
hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə
alınaraq, nizamlanmayan hərəkət ləğv edilib. Nəqliyyat vasitələrinin və
piyadaların növbəli və təhlükəsiz hərəkətini təmin etmək üçün bu kəsişmədə yeni
işıqforlar quraşdırılıb.
- Piyadaların təhlükəsizliyi üçün nizamlanan piyada
keçidləri təşkil olunub, əlilliyi olan şəxslərin rahat hərəkəti üçün panduslar
inşa edilib.
Layihəyə əsasən, Tbilisi prospektində Ə.Salamzadə
küçəsi ilə kəsişmə istiqamətində avtobus zolağı təşkil olunub.
Bu layihənin icrası nəticəsində:
- - qeyd
edilən yol sahəsində buraxıcılıq qabiliyyəti artırılıb;
- - ictimai
nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib;
- - piyadaların
təhlükəsizliyi yaxşılaşdırılıb;
- - əlçatanlıq
yüksəlib.
Qeyd edək ki, layihənin yekunlaşdırılması istiqamətində
işlər (yol nişanlarının quraşdırılması, səkilərin və pandusların təşkili) davam
etdirilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir