Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır
17 Mart, 2026
Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət
Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır. “Bakı şəhərində
və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair
2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icra edilən layihənin məqsədi
yol hərəkətinin təhlükəsizliyini və şəhər mobilliyinin keyfiyyətini artırmaq,
yol qovşağında konfliktli nöqtələri aradan qaldırmaqdır.
Dəyişikliklər nəticəsində sola dönən nəqliyyat
vasitələri üçün axından izolyasiya edilmiş xüsusi "cib" tipli
zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər
ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz
və sürətli şəkildə yollarına davam edə biləcəklər.
Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində
hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə
alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv ediləcək. Əvəzində
kəsişmədəki münaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin
etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıq qabiliyyətini
artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq.
Piyadaların rahatlığı və əlçatanlığı üçün
nizamlanan piyada keçidləri də təşkil olunacaq.
Digər xəbərlər
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
27 Avqust, 2026
Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
26 Avqust, 2026
Daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub