141

Əsas Xəbərlər

“TransportTech” hakatonunun qalibləri müəyyənləşib

“TransportTech” hakatonunun qalibləri müəyyənləşib

03 Noyabr, 2026

“TransportTech” hakatonunun qalibləri müəyyənləşib
“TransportTech” hakatonunun qalibləri müəyyənləşib
“TransportTech” hakatonunun qalibləri müəyyənləşib
“TransportTech” hakatonunun qalibləri müəyyənləşib
“TransportTech” hakatonunun qalibləri müəyyənləşib

İRİA və AYNA-nın birgə təşkil etdiyi hakatonda Yoldash, YOLÇU və SmartFlow komandaları qalib elan olunub

Bakı, 19 oktyabr 2026-cı il — İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə “Openwave” açıq innovasiya proqramı çərçivəsində keçirilən “TransportTech” hakatonu yekunlaşıb. 17–18 oktyabr tarixlərində Azərbaycan İnnovasiya Mərkəzində baş tutan hakatonda 15 komanda ağıllı mobillik və yerüstü nəqliyyatın rəqəmsal transformasiyası istiqamətində öz həll yollarını təqdim edib.

Hakatona ümumilikdə 510 komanda və 1743 iştirakçı müraciət edib. Müraciət edənlər AYNA tərəfindən hazırlanmış və opendata.az platformasındakı açıq datalardan istifadə etməklə yerinə yetirilən 4 sualdan ibarət seçim tapşırığını icra ediblər. Tapşırığın nəticələrinə əsasən 15 komanda hakatonda iştirak hüququ qazanıb.

İki gün ərzində komandalar İRİA, AYNA və Paşa Sığortanın mütəxəssislərindən ibarət mentorların dəstəyi ilə üç əsas problemə həll yolları hazırlayıblar: nəqliyyat növlərinin bir-birindən təcrid olunması, Mobility Hub-ları və çatışmayan infrastrukturu real vaxtda göstərən vahid idarəetmə mərkəzinin olmaması, həmçinin yaşıl nəqliyyata keçidin ekoloji və karbon effektinin ölçülməməsi. Layihələrdə AYNA-nın velosiped zolaqları, velosiped parkinqləri, avtobus trayektoriyaları, avtovağzal və avtostansiyalar üzrə açıq datalarından istifadə olunub.

İRİA, AYNA və NS Studio nümayəndələrindən ibarət münsiflər heyətinin qiymətləndirməsi nəticəsində sıralama aparılmadan aşağıdakı üç komanda qalib elan olunub:

•    Yoldash (Hardcoders) — Bakının bütün nəqliyyat növlərini vahid marşrut, vahid ödəniş və fərdi aylıq abunə ilə birləşdirən mobil tətbiq və AYNA üçün çatışmayan bağlantıları aşkarlayan, CO₂ qənaətini hesablayan şəhər paneli;

•    YOLÇU — sərnişinə canlı xəritə və alternativ marşrut təklif edən, “YOLÇU Coin” ilə təşviq olunan rəy və sorğuları AYNA üçün qərarvermə datasına çevirən platforma;

•  SmartFlow — metro, avtobus, velosiped, skuter və piyada yolunu bir marşrutda birləşdirən tətbiq və Mobility Hub və yeni velozolaq yerlərini reytinqlə müəyyən edən AYNA idarəetmə paneli.

Qalib komandaların hər biri 1 ədəd MacBook Air M5 noutbuku, komanda üzvlərinin hər biri isə 50 AZN-lik BakıKart ilə mükafatlandırılıb.

Hakatonun əsas məqsədi nəqliyyat sahəsində data əsaslı innovativ həllərin ortaya çıxmasına şərait yaratmaq və uğurlu ideyaların inkişaf etdirilərək gələcəkdə innovasiya ekosistemində startap kimi formalaşmasına dəstək göstərməkdir.

Xəbəri sosial platformalarda paylaş: