Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub
30 Dekabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndələri Dövlət Gömrük Komitəsinin təmsilçiləri ilə Sədərək və Türkiyənin Dilucu sərhəd buraxılış məntəqələrinə səfər ediblər.
Görüşlər zamanı buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədələrin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.
Bildirilib ki, milli daşıyıcılar daxil, bütün ölkələrin daşıyıcılarına bərabərhüquqlu xidmət göstərilir. Növbələr elektron qaydada təşkil edilir. Nəqliyyat vasitələrinin yoxlamaya cəlb olunması məlumatların əvvəlcədən emalı hesabına yük nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir.
Qeyd edildi ki, Sədərək buraxılış məntəqəsinin infrastrukuturu ən yüksək tələblərə cavab verir və 6 giriş, 6 çıxış yolu ilə 24 saat fasiləsiz xidmət göstərilir.
Türkiyə tərəfi ilə görüş zamanı buraxılış qabiliyyətinin artırılması üçün hazırda 3 giriş və 3 çıxış yolu olan Dilucu buraxılış məntəqəsinin infrastrukturunun təkmilləşdirilərək Sədərək keçid məntəqəsi ilə eyniləşdirilməsi zərurəti qeyd edilib. Qarşı tərəf bu istiqamətdə işlərə yaxın zamanda başlanılacağını bildirib.
Hər iki məntəqənin buraxılış imkanı eyniləşdirildiyi halda, günlük bir istiqamətdə 400-450 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.
Görüşlər zamanı Sədərək və Dilucu sərhəd buraxılış məntəqələrinin Cənub-Qərb marşrutu üzrə beynəlxalq daşımalarda mühüm rol oynadığı qeyd edilərək, buraxılış qabiliyyətinin artırılması istiqamətində birgə səylərin davam etdirilməsi haqqında razılığa gəlinib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir