“Uşaq Hüquqları Aylığı” çərçivəsində AYNA tərəfindən tədbir təşkil olunub
19 Noyabr, 2024
AYNA tərəfindən “Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə” adlı tədbir keçirilib.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil edilən tədbirdə azyaşlılara yol nişanları və yol hərəkəti qaydaları haqqında məlumat verilib. Uşaqlar mövzuya uyğun əyləncəli oyunda iştirak ediblər, onlara sertifikatlar təqdim olunub.
AYNA-nın Təlim-tədris departamenti və “Sürücü Təlim Mərkəzi” MMC-nin dəstəyi ilə həyata keçirilən maarifləndirici tədbirdə DİN-in Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da iştirak ediblər.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir