Veloyürüş təşkil edilib
03 Iyun, 2025
AYNA, Azərbaycan
Velosiped İdmanı Federasiyası və “APAR” şirkətinin təşkilatçılığı ilə 3 iyun -
Dünya Velosiped Günü münasibətilə veloyürüş təşkil edilib. Veloyürüş ekoloji nəqliyyat
vasitəsi olan velosipeddən istifadəni təşviq etmək və ətraf mühitin qorunmasına
töhfə vermək məqsədilə keçirilib.
Yürüşdə 170 nəfər
iştirak edib. Şəxsi velosipedi olmayan iştirakçılara “APAR” şirkəti tərəfindən
ödənişsiz velosipedlər təqdim olunub.
Qeyd edilib ki, AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 39 km uzunluğunda davamlı mikromobillik zolağı yaradılıb.
Veloyürüş “Sevgi parkı”ndan start götürüb, Sahil bağında isə başa çatıb.
Yürüşdən sonra
iştirakçılar üçün əyləncəli proqram təşkil edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir