Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında iki razılaşma protokolu imzalanıb.
27 Avqust, 2019
Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında iki razılaşma protokolu imzalanıb.
17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” və “8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgiləri çərçivəsində Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında iki razılaşma protokolu imzalanıb.
Vergilər naziri Mikayıl Cabbarov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.
Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişlərdirilməsidir.
Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.
Protokolların imzalanması mərasimində bildirilib ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin artırılmasına xidmət edəcək.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir