WUF13-ə hazırlıq dövründə və forumun keçiriləcəyi müddətdə AYNA-nın fəaliyyəti
16 May, 2026
Avtobuslarla daşınma
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən
WUF13 Əməliyyat şirkəti ilə birgə WUF13 forumu çərçivəsində 9 HUB və 2 son məntəqə,
eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib.
Tədbir iştirakçılarını Heydər Əliyev Beynəlxalq
Hava Limanından müəyyən edilmiş məntəqələrə daşınması üçün 6, eyni zamanda tədbir
günlərində həmin məntəqələrdən forumun keçiriləcəyi əraziyə daşınması üçün 12 marşrut
fəaliyyət göstərir. Daşımalar əsasən elektrikli avtobuslarla həyata keçirilir.
Sözügedən xətlərin idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın
monitorinq mərkəzi tərəfindən 24/7 izlənməsi təmin edilib. Nəqliyyat əməliyyatlarının
həyata keçirilməsi üçün sürücü və idarə heyəti ilə birlikdə 1500-ə yaxın işçi
heyəti bu proseslərə cəlb edilib.
“Ayna MaaS” tətbiqi vasitəsi ilə həm tədbir
marşrutları, həm də ictimai nəqliyyat marşrutlarında gedişlərin planlanması
mümkündür. WUF13-lə əlaqədar xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş
imkanı, habelə “Ayna MaaS” tətbiqində tədbir
marşrutları üzrə funksionallıq yaradılıb.
İnfrastruktur
WUF13-lə bağlı 6 küçə və prospektdə ümumi uzunluğu
41,5 km olan xüsusi hərəkət zolağı təşkil edilib və yeni yol nişanları
quraşdırılıb. 34 küçə və prospektdə (ümumi 170 km) üfüqi nişanlama xətləri bərpa
edilib, 19 küçə və prospektdə (20 km-dən artıq) yeni salınmış asfalt örtüyündə
xətlərin bərpası aparılıb.
Mikromobillik
Şəhər ərazisində təşkil edilən mikromobillik
zolaqlarının uzunluğu 63,2 km-ə çatdırılıb. Şəhərin küçə və prospektlərində təşkil
edilən bu zolaqlar cəlbetmə məntəqələrini əlaqələndirir.
Kiçik elektrikli nəqliyyat vasitələri üçün
parklanma yerləri optimallaşdırılıb və operatorlar həmin məntəqələr üzrə fəaliyyət
göstərir. WUF13 qonaqlarının kiçik məsafələrə rahat səyahət etmələri üçün
müvafiq şərait yaradılıb. Skuter parkı yenilənib və onların kirayəsi üçün
xarici mobil nömrələrdən qeydiyyatın aparılma imkanı yaradılıb. Eyni zamanda, WUF13-lə
əlaqədar patrul sistemi gücləndirilmiş iş rejiminə keçirilib.
Taksi fəaliyyəti
Tədbirlə bağlı daşımalara 150 ədəd “Bakı Taksi” xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib, sürücülərə xüsusi hazırlığa dair təlimlər keçirilib və WUF13-lə əlaqədar taksi parkları ilə görüş keçirilərək müvafiq tapşırıqlar verilib.
Təhlükəsizlik tədbirləri nəzərə alınaraq taksilərin stadionun nəqliyyat
zonası və “Koroğlu” NMM-də istifadəsi mümkün olacaq. Eyni zamanda, hava limanı ərazisində
tədbirlə bağlı taksi sifarişi operatorları tərəfindən sifariş göndərilən nəqliyyat
vasitələrinin minib-düşmə yerləri “Terminal 2”nin qarşısında təyin edilib.
Digər xəbərlər
15 May, 2026
“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub
14 May, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
14 May, 2026
Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir
14 May, 2026
Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihə yekunlaşmaq üzrədir
14 May, 2026
102 və 191 nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar yenilənir