Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
27 Avqust, 2026
Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma
xidmətlərinin göstərilməsi məqsədilə AYNA tərəfindən yeni, müasir və
standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə
verilir.
Bu işlər Xaçmaz rayonunda da həyata keçirilir. Hazırda
Xaçmaz şəhərinin Heydər Əliyev prospekti və Nəriman Nərimanov küçəsində 5,
Xaçmaz-Xudat yolunda 1, Xudat şəhərinin Mirzə Fətəli Axundov və Osman Mirzəyev küçələrdə
isə 3 pavilyon quraşdırılıb. Proses davam etdirilir.
Ümumilikdə Xaçmaz rayonu üzrə 40 dayanacaq pavilyonunun
quraşdırılması nəzərdə tutulub.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir