Xaçmaz şəhərində yol nişanlanma işləri davam etdirilir
24 Iyul, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır.
Şəhərin Heydər Əliyev
prospekti, Bakı və H.Z.Tağıyev küçələrində üfüqi nişanlanma xətlərinin yenilənməsi
həyata keçirilib.
Ümumilikdə 40 km-dən çox ərazidə
xətləmə işləri aparılıb.
Bununla yanaşı, Heydər
Əliyev prospektində 9, Bakı küçəsində 3, H.Z.Tağıyev küçəsində isə 5 piyada
keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin
artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.
Yol nişanlanma işləri mərhələli
şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir