Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları “brutto müqavilə” sisteminə qoşulub
25 Sentyabr, 2026
Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250
nömrəli Qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən
daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə
görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqi davam
etdirilir.
Sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi,
müasir tələblərə uyğun təşkili və sərnişin məmnunluğunun artırılması məqsədilə
həyata keçirilən tədbirlər çərçivəsində artıq Xankəndi və Naxçıvan şəhərlərində
fəaliyyət göstərən bütün müntəzəm marşrut xətləri “brutto müqavilə” modelinə
keçirilib. Növbəti mərhələdə Gəncə şəhərindəki müntəzəm marşrut xətləri bu
sistemə inteqrasiya olunacaq.
Yeni “brutto müqavilə” modelinə əsasən, bu daşıyıcılara
qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut
üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət
göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun
göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu
saatlarda, o cümlədən axşam saatlarında da avtobusların sərnişənlərə xidmət
göstərməsi və qrafikə riayət etməsi təmin olunur.
“Brutto müqavilə” modeli, həmçinin daşıyıcıların
maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artıracaq. Bu isə
avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin
alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha
çox investisiya yatırılmasına imkan verir.
Yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli
nəzarət imkanları da yaradır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir