Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
24 Aprel, 2026
Xankəndi şəhərində müasir nəqliyyat
infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin
ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar
artıq istifadəyə verilir. Yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini
birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin
edəcək.
Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus
marşrutları aşağıdakılardır:
·
1 nömrəli avtobus “Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki”;
·
2 nömrəli
avtobus “Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi”;
·
3 nömrəli
avtobus isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə marşrutları üzrə hərəkət
edəcək.
Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda
dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub.
Sözügedən marşrutlar üzrə sərnişindaşımalar “BakuBus”
MMC-yə məxsus ekoloji təmiz elektrik avtobuslarları ilə həyata keçiriləcək. Xankəndidə
əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat
vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək.
Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Sərnişinlər
ödənişlərini fiziki “BakıKart”, QR-bilet , eləcə də NFC texnologiyası vasitəsilə
istənilən bank kartı və mobil ödəniş sistemləri (“Google Pay” və “Apple Pay”) ilə
həyata keçirə bilərlər. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud
olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.
Qeyd edək ki, avtobusların hərəkətinə AYNA-nın
monitorinq mərkəzi vasitəsilə real vaxt rejimdə nəzarət ediləcək.
Bu layihə regionda müasir və ekoloji təmiz nəqliyyat infrastrukturunun formalaşdırılmasına
xidmət edir.
Xatırladaq ki, "BakuBus" MMC-nin müasir
standartlara cavab verən avtobusları hazırda paytaxt Bakı və Gəncə şəhərlərində
sərnişinlərə xidmət göstərir.
Xankəndi sakinlərinə və şəhərin qonaqlarına xeyirli
olsun!
Digər xəbərlər
24 Aprel, 2026
Bəzi marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək
24 Aprel, 2026
«Gənclik» metrosunun qarşısındakı meydan rahat şəhər mühitinə çevriləcək
23 Aprel, 2026
140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir
23 Aprel, 2026
Laçın kanat yolu layihəsinin inşası davam etdirilir
21 Aprel, 2026
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.