Xətai prospektində hərəkət təkmilləşdirilir
18 Dekabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xətai
prospektində hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına
başlayır. Layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması, yol hərəkəti
təhlükəsizliyinin yüksəldilməsi və alternativ nəqliyyat növlərinin təşviqini hədəfləyir.
Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə
istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparıldı. Eyni zamanda, Mirəli
Qaşqay küçəsi ilə kəsişmədən Mirzə Qədim İrəvani küçəsinədək olan hissədə ümumilikdə
1,9 km uzunluğunda mikromobillik zolaqları təşkil ediləcək. Mikromobillik vasitələri
istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət şəraitinin yaradılması məqsədilə
səki ilə yolun hərəkət hissəsi arasında parklanma yerləri yaradılacaq.
Qeyd edək ki, Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən Dəmirçizadə küçəsinədək
olan yol sahəsində 316 parklanma yeri təşkil olunur.
Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla
eyni səviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, ictimai
nəqliyyatdan istifadənin rahatlığını artırmaq məqsədilə dayanacaq məntəqələrinin
yerləşməsi optimallaşdırılacaq.
Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma
qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi
təmin ediləcək.
Layihə şəhər mühitində balanslı nəqliyyat sisteminin
formalaşdırılmasına, hərəkətin təhlükəsiz və rahat təşkili ilə yanaşı, vətəndaşların
gündəlik hərəkət imkanlarının genişləndirilməsinə xidmət edir.
Digər xəbərlər
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir