Yaxın zamanda daha 15 dayanacaq pavilyonu quraşdırılacaq
30 May, 2025
Vətəndaşlara
rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə AYNA tərəfindən
yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin
istifadəsinə verilir.
2025-ci
ilin əvvəlindən bu günə kimi agentlik tərəfindən daha 15 dayanacaq pavilyonunun
quraşdırılması üçün müraciət təsdiq edilib.
Dayanacaqların
Babək prospekti (328 nömrəli məktəb), Əjdər Məlikov küçəsi (iki ünvanda), 8 Noyabr
prospekti (Nizami parkı), Elşən Süleymanov küçəsi 155-də, Abbas Mirzə Şərifzadə
küçəsi (“Azərbaycan Nəşriyyatı”), Bəşir Bünyadov küçəsi (iki ünvanda), Süleyman
Vəzirov küçəsi (Bakı Avropa Liseyi), Azadlıq prospekti (“28 Mall”), Səttar Bəhlulzadə,
Afiyəddin Cəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələrində, Lökbatan-Puta və Qala-Şüvəlan
yollarında quraşdırılması nəzərdə tutulub.
Bu
müddət ərzində Bakı və Sumqayıt şəhərləri üzrə marşrut xətləri ilə bağlı
təhlillər aparılıb və 329 avtobus dayanacağının quraşdırılması planlaşdırılıb.
Bakının “rəqəmsal əkiz”inin yenilənməsi üçün 75
müntəzəm marşrut üzrə dayanacaq və xətt
məlumatları hazırlanıb. İlin əvvəlindən 3083 yol nişanına eyniləşdirmə nömrəsi
verilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir