“Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq
04 Iyul, 2025
İyulun 5-də “Sea Breeze”də
baş tutacaq “Yay musiqi konserti”ndə iştirak etmək istəyənlərin rahat və təhlükəsiz
gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə
AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb.
Ziyarətçilərin saat
16:30-dan 20:00-dək metronun “Koroğlu” stansiyasının şimal çıxışındakı Nəqliyyat
Mübadilə Mərkəzindən (“Atletlər kəndi”) “Sea Breeze”ə, saat 23:30-dan 01:00-dək
isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.
“Sea Breeze” və ətrafında
parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin qonaqlarına səfərlərini
şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə
edilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir