“Yay musiqi mövsümü”nün ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq
05 Iyun, 2025
İyunun
6-da “Sea Breeze”də baş tutacaq “Yay musiqi mövsümü”nün açılışında iştirak etmək
istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək
sıxlığın qarşısını almaq məqsədilə AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb.
Ziyarətçilərin
saat 17:00-dan 20:00-dək metronun “Koroğlu” stansiyasının şimal çıxışındakı
Nəqliyyat Mübadilə Mərkəzindən (“Atletlər kəndi”) “Sea Breeze”ə, saat 22:30-dan
00:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.
“Sea
Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin
qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata
keçirmələri tövsiyə edilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir