Yeni tariflər sistemi tətbiq olundu
29 Sentyabr, 2025
Ölkənin sürətlə artan nəqliyyat tələblərini
qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus
parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri
addım kimi qiymətləndirilir.
Hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş
sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların
istismar edildiyi marşrutlarda həyata keçiriləcək. Bu da nağdsız ödəmə imkanı təqdim
edən müasir avtobuslar istismar edən daşıyıcıların fəaliyyətini stimullaşdırmaq
məqsədi daşıyır. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG)
işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə
tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara
şamil ediləcək. Dəyişiklik ilkin mərhələdə ölkə üzrə
marşrut şəbəkəsinin 9%-ni, paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni
(180 marşrutdan 60-nı) əhatə edəcək.
Digər marşrutlar yeniləndikcə yeni tarifə keçid edə
biləcək və bu haqda ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
Tarif dəyişikliyindən sonra 2025-ci ilin sonunadək,
həmçinin növbəti illər ərzində paytaxtda hər il təxminən 400, Sumqayıt və
Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir.
Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da
artmasına gətirəcək. Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə
keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada müxtəlif
tarif formalarının tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına
şərait yaradılacaq.
Qeyd edək ki, yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt
şəhəri ilə Abşeron rayonu ərzisini də əhatə edib və bu il 85 müasir
avtobus sərnişinlərin istifadəsinə verilib. Gəncə şəhərində isə bütövlükdə
avtobus parkının yenilənməsi həyata keçirilib, 280 yeni avtobus alınıb və
nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Naxçıvan şəhərinə 60
elektrik mühərrikli avtobus gətiriləcək. Həmçinin Laçın, Xankəndi, Cəbrayıl və
Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə
tutulub.
Bu mərhələdə tarifi artan marşrutların siyahısı
Digər şəhər və marşrutlarda bu mərhələdə qiymət dəyişikliyi
tətbiq edilməyəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir