Yük və sərnişin daşımaları həyata keçirənlər arasında maarifləndirmə tədbiri keçirilib
22 Avqust, 2025
Avtomobil
nəqliyyatı ilə sərnişin və yük daşımaları fəaliyyəti göstərən hüquqi və fiziki
şəxslərin buraxılış vəsiqəsi, buraxılış kartı, reysqabağı texniki və tibbi
müayinələrin keçirilməsi vəziyyəti və
formulyarların tərtib edilməsinin yoxlanılması və bu sahədə
qanunvericiliyə müvafiq olaraq tədbirlərin görülməsinin təbliği məqsədilə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi
(BŞDYPİ) birgə marifləndirici reydlər həyata keçirib.
Reydlər
nəticəsində 56 nəqliyyat vasitəsinin buraxılış kartı və buraxılış vəsiqəsi
olmadan fəaliyyət göstərdiyi, 4 nəqliyyat vasitəsinin texniki vəziyyətinin
reysqabağı yoxlanışdan, sürücünün isə reysqabağı tibbi müayinədən keçmədiyi müəyyən
edilib. Sürücülərlə izahedici söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə
riayət etmələri tövsiyə olunub.
Avtomobil
nəqliyyatı ilə yük və sərnişin daşımaları sahəsində daşıyıcıların
qanunvericiliyə uyğun fəaliyyətini yoxlamaq və sürücüləri maarifləndirmək məqsədilə
tədbirlər davam etdirilir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir