Zəfər Paradı ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilir
04 Noyabr, 2025
Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və
8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət
səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23
marşrutun hərəkət sxemi dəyişdirilir.
Dəyişikliyə əsasən:
1, 2, 46 və H1 nömrəli marşrutlar “28 May” NMM - Puşkin küçəsi – Nizami
küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
4 nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi
– Yusif Səfərov küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks
istiqamətdə isə Mərkəzi Bulvar küçəsi – 1-ci Yaşıl Ada küçəsi (Ağ şəhər) –
Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi –
Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
5 nömrəli marşrut “Nəriman Nərimanov” metrostansiyası –
Süleyman Rəhimov küçəsi (“28 May” metrostansiyası) istiqamətində hərəkət edəcək.
6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək.
Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası – Axundov bağını,
ikinci istiqamət 20-ci Sahə (Ö.Nemanzadə küçəsi) – Su İdmanı Sarayı – “Binə”
ticarət mərkəzini əhatə edir.
10 nömrəli marşrut Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi
– Şəmsi Bədəlbəyli küçəsi – “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi –
Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov
küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov
küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət
sxemi üzrə fəaliyyət göstərəcək.
18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi
(Nizami bağı) olacaq.
20 nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi
– Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman
Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;
əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi –
Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov
küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi, daha
sonra öz hərəkət sxemi üzrə;
21, 120 və 120E nömrəli marşrutlar “28 May” NMM – Kövkəb Səfərəliyeva küçəsi
– Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev
küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz
hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov
küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti,
daha sonra öz hərəkət sxemi üzrə;
30 və 49 nömrəli marşrutlar “28 May” NMM – Kövkəb Səfərəliyeva küçəsi
– Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
32 nömrəli marşrut “28 May” NMM – Kövkəb Səfərəliyeva küçəsi –
Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi
– Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət
sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi
– Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha
sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov
küçəsi olmaqla fəaliyyəti Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid
Behbudov küçəsi ilə;
65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı
olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti,
daha sonra öz hərəkət sxemi üzrə;
88 nömrəli marşrutun son dayanacaq məntəqəsi Füzuli küçəsi
olmaqla fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi ilə
təşkil ediləcək.
88A nömrəli marşrut “28 May” NMM – Puşkin küçəsi – Nizami küçəsi
– Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman
Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman
Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov
küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Puşkin küçəsi, daha sonra öz
hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” NMM
olmaqla fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Şəmsi Bədəlbəyli
küçəsi ilə təşkil ediləcək.
149 nömrəli marşrut Sahil qəsəbəsi – “20-ci Sahə” dairəsi
istiqamətində fəaliyyət göstərəcək.
205 nömrəli marşrutun fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.
72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb