Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil olunub
09 Yanvar, 2026
Bakı şəhərində
mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi,
bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə
daha bir layihə icra edilib.
Zığ
şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilib. Təhlillərin
nəticəsinə əsasən, İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ
qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədilə dəmir
konstruksiyalı arakəsmələr götürülüb, işıqforların quraşdırılması ilə
nizamlanan yol kəsişməsi yaradılıb. Layihənin icrası ilə ərazidə nəqliyyat vasitələrinin
hərəkəti asanlaşıb.
Həyata
keçirilən layihə çərçivəsində yolayrıcında “qırmızı işıqda sağa dönməyə icazə
verən” xüsusi nişan quraşdırılıb. Artıq ikinci dəfə tətbiq edilən bu yenilik
“Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin VI-I hissəsinə və 66-cı maddəsinin
VII hissəsinə uyğun olaraq quraşdırılıb. Sözügedən nişan sürücülərə qırmızı
işıqda belə piyadalara və digər nəqliyyat vasitələrinə yol verməklə sağa dönməyə
icazə verir. Tətbiqin məqsədi nəqliyyat axınının səmərəli təşkili, gözləmə
vaxtının azaldılması və yolayrıcılarının buraxıcılıq qabiliyyətinin
artırılmasıdır.
Qeyd
edək ki, İnqilab İsmayılov küçəsindən Zığ şosesinə çıxmaq istəyən sürücülər
1500 metr məsafə qət edərək Gəncə prospekti ilə kəsişmənin yaxınlığındakı geriyədönmə
yerindən istifadə etməli olurdular. Əks istiqamətdə isə Zığ şosesindən İnqilab
İsmayılov küçəsinə daxil olmaq istəyən nəqliyyat vasitələri Hövsan şosesindəki dairəyə kimi 5,5 km izafi nəqliyyat
yürüşü etməklə, yaxud Gəncə prospektində yaşayış binalarının
daxili yollarından istifadə edirdilər. Bu da həmin yolların yüklənməsinə səbəb
olurdu.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir