Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb
18 Sentyabr, 2026
Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi
məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən
Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası
istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat
artırılıb.
Bununla bağlı həmin yol sahəsində avtobus zolağının
qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət
zolağının qüvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00
aralığındadır.
Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları
tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir