15 İyun – Milli Qurtuluş Günü münasibətilə AYNA-da tədbir keçirilib
14 Iyun, 2023
15 İyun – Milli Qurtuluş Günü münasibətilə AYNA-da tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, Tarix elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki Abbas Seyidov çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Məhz 15 İyun – Milli Qurtuluş Günü də tariximizə qızıl hərflərlə yazılmış önəmli günlərdən biridir.
Vurğulanıb ki, 15 iyun Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə daim xalqına arxalanmış Ulu Öndər Heydər Əliyevdir.
Tədbir iştirakçılarına dahi şəxsiyyətin xilaskarlıq missiyasından bəhs edən mühazirə oxunub.
Digər xəbərlər
19 Iyun, 2026
149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
19 Iyun, 2026
AYNA ictimai nəqliyyat üzrə mötəbər beynəlxalq təşkilatın üzvü oldu
19 Iyun, 2026
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
18 Iyun, 2026
Sürücü qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
17 Iyun, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib