2027-ci il üzrə BNF icazələrinin bölgüsü üçün tələb olunan sənədlər
17 Sentyabr, 2026
2027-ci il üzrə BNF icazələrinin bölgüsündə iştirak etmək istəyən
daşıyıcılar sənədləri oktyabrın
1-dən 31-dək Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi,169
ünvanında yerləşən ABADA-nın sənəd qəbulu mərkəzinə təqdim etməlidirlər. Əlaqə: (+994) 55 675 88 59, (+994)
77 455 97 87.
Sənədlərin yoxlanılması və BNF İcazələrinin bölgüsü
daşıyıcıların iştirakı ilə İşçi qrup tərəfindən həyata keçiriləcək.
Bölgüdə iştirakla bağlı operator tərəfindən
yazılan ərizəyə aşağıdakı sənədlər əlavə olunur.
Şirkətə dair:
1. daşıyıcı taxoqraf kartının surəti;
2. yalnız bir avtonəqliyyat vasitəsinə malik
olduqda, 9000 (doqquz min) avro, iki və daha çox avtonəqliyyat vasitəsinə malik
olduqda, hər əlavə avtonəqliyyat vasitəsi üçün 5000 (beş min) avro aktivlərə
(pul vəsaitlərinə, depozitlərə və digər aktivlərə) malik olması barədə kənar
(müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə
hesabatları, aktivləri barədə məlumat və ya maliyyə vəziyyəti barədə bank
arayışı.
Avtonəqliyyat vasitəsinə dair:
1. dövlət qeydiyyat şəhadətnaməsinin surəti;
2. ekoloji sinifi təsdiq edən Sertifikatın surəti;
3. dartıcının istismara yararlılıq sertifikatının
surəti.
Sürücüyə dair:
1. əmək müqaviləsinə dair “əmək müqaviləsi
bildirişi” altsistemindən çıxarış;
2. peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçməsi
haqqında şəhadətnamənin surəti;
3. rəqəmsal taxoqraf kartının surəti.
Qeyd:
1. BNF icazələrinin bölgüsündə “Buraxılış vəsiqəsi” olan hüquqi və fiziki şəxslər
iştirak edə bilər;
2. təqdim edilən hər bir avtonəqliyyat vasitəsinin
beynəlxalq daşımalara “Buraxılış kartı” olmalıdır;
3. Rusiya açıq BNF icazələri yalnız Avro-6 ekoloji
sinfinə aid avtonəqliyyat vasitələrinə münasibətdə bölünəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir