36 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
21 Avqust, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə,
Bakı-Ağdaş, Bakı-Göyçay, Bakı-Qəbələ, Sumqayıt-Göyçay, Sumqayıt-Beyləqan, Gəncə-Saatlı,
Mingəçevir-Salyan, Mingəçevir-Qəbələ, Mingəçevir-Bərdə və əks istiqamətə, Şəki-Qəbələ,
İmişli-Sumqayıt, Gəncə-Qazax və əks istiqamətə, Gəncə-Şəmkir və əks istiqamətə,
Gəncə-Goranboy və əks istiqamətə, Qarasuçu (Goranboy)-Gəncə, Səmədabad
(Goranboy)-Gəncə, Yuxarı Seyfəli (Şəmkir)-Gəncə, Zəyəm Cırdaxan (Şəmkir)-Gəncə,
Könüllü (Şəmkir)-Gəncə, Qovlarsarı (Samux)-Gəncə, Xuluf (Şəmkir)-Gəncə, Qarabağlar (Samux)-Gəncə, Yeni yaşayış massivi (Göygöl)-Gəncə
şəhərlərarası, Liman şəhəri - Mərkəzi Bazar (Lənkəran şəhəri, N.Gəncəvi küçəsi)
şəhərətrafı, eləcə də paytaxtın 53 nömrəli
şəhərdaxili, 447 və 512 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə
çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
olaraq təşkil edilir.
Sənədlər 19 sentyabr 2025-ci saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı,
ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə,
Bakı-Ağdaş, Bakı-Göyçay, Bakı-Qəbələ, Sumqayıt-Göyçay, Sumqayıt-Beyləqan istiqamətlərində
6 lot üzrə sentyabrın 23-də;
Gəncə-Saatlı, Mingəçevir-Salyan, Mingəçevir-Qəbələ, Mingəçevir-Bərdə
və Bərdə-Mingəçevir istiqamətlərində 5 lot üzrə sentyabrın 26-da;
Şəki-Qəbələ, İmişli-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə
istiqamətlərində 8 lot üzrə sentyabrın 30-da;
Gəncə-Şəmkir, Şəmkir-Gəncə, Gəncə-Goranboy, Goranboy-Gəncə,
Qarasuçu (Goranboy)-Gəncə (avtovağzal), Səmədabad (Goranboy)-Gəncə (avtovağzal),
Yuxarı Seyfəli (Şəmkir)-Gəncə (avtovağzal) istiqamətlərində 7 lot üzrə
oktyabrın 3-də;
Zəyəm Cırdaxan (Şəmkir)-Gəncə (avtovağzal), Könüllü (Şəmkir)-Gəncə
(avtovağzal), Qovlarsarı (Samux)-Gəncə (Dəmiryol vağzalı), Xuluf (Şəmkir)-Gəncə
(avtovağzal), Qarabağlar (Samux)-Gəncə (Dəmiryol vağzalı) və Yeni
yaşayış massivi (Göygöl)-Gəncə (avtovağzal) şəhərlərarası, eləcə də Liman şəhəri
- Mərkəzi Bazar (Lənkəran şəhəri, N.Gəncəvi küçəsi) şəhərətrafı avtobus
marşrutları üzrə 7 lotda oktyabrın 7-də;
paytaxtın 53 nömrəli şəhərdaxili (“Elmlər Akademiyası”
metrostansiyası – Bayıl parkı), 447 nömrəli şəhərətrafı (Qala qəsəbəsi – Mərdəkan
qəsəbəsi) və 512 nömrəli şəhərətrafı (Abşeron rayonu, Çaylı kəndi – Müşfiqabad
qəsəbəsi) avtobus marşrutları üzrə 3 lotda oktyabrın 10-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb