5 istiqamət üzrə şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
13 Fevral, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı, Bakı-Quba-Bakı və Bakı-Qusar-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri martın 1-i saat 17:00-dək, ixtisas məlumatlarını isə martın 15-i saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: ramil.musayev@ayna.gov.az) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı və Bakı-Quba-Bakı istiqamətlərində 5 Lot üzrə martın 28-də, Bakı-Quba-Bakı istiqamətində hərəsində 5 Lot üzrə martın 31-i, aprelin 4-ü və 7-də, Bakı-Quba-Bakı və Bakı-Qusar-Bakı istiqamətlərində 5 Lot üzrə aprelin 11-də müsabiqə keçirilən zaman açılacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
19 Iyun, 2026
149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
19 Iyun, 2026
AYNA ictimai nəqliyyat üzrə mötəbər beynəlxalq təşkilatın üzvü oldu
19 Iyun, 2026
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
18 Iyun, 2026
Sürücü qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
17 Iyun, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib