5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Aprel, 2025

Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı
tədbirlər çərçivəsində 122,
160A, 193, 195 və 503 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə
çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 16 may 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas
avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 122
nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Şuşa şəhərciyi – Maştağa qəsəbəsi), 160A
nömrəli şəhərətrafı (Binə qəsəbəsi, "Atçılıq" yaşayış massivi – Binə
qəsəbəsinin mərkəzi), 193 nömrəli şəhərətrafı (Mirzə Məhəmməd xan küçəsi –
"Lökbatan" NMM), 195 nömrəli şəhərətrafı (Ələt qəsəbəsi – “Abşeron”
ticarət mərkəzi), 503 nömrəli şəhərətrafı (BBAK – Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli
küçəsi) avtobus marşrutları üzrə 5 Lotda mayın 23-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
08 May, 2025
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
08 May, 2025
399 küçə və prospektdə 4 mindən çox nişan quraşdırılıb
08 May, 2025
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artır
03 May, 2025
27 sayda müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
30 Aprel, 2025
Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir