5 şəhərlərarası və paytaxtın 2 şəhərətrafı marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
02 Oktyabr, 2026
Sərnişindaşıma sahəsində rəqabətli mühitin,
marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə
bağlı tədbirlərin davamı olaraq paytaxtın 161 və 218 nömrəli şəhərətrafı, eləcə
də Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat və Sumqayıt-Quba şəhərlərarası
avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Əmircan və Hövsan qəsəbələrini əlaqələndirən 161
nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Çinar-Trans"
MMC;
Türkan qəsəbəsini metronun “Əhmədli” stansiyası ilə
əlaqələndirən 218 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs
"Azlənd Plaza" MMC;
Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs
"ALIOSMAN AĞASOY" MMC;
Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu
Yol" MMC;
Bakı–İmişli marşrutu üzrə fiziki şəxs Mustafayev
Bakir Ayaz oğlu;
Sumqayıt–Quba marşrutu üzrə fiziki şəxs Abbasov
Hüseyn Əliabbas oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
26 Oktyabr, 2026
147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
26 Oktyabr, 2026
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26 Oktyabr, 2026
“AzParking” mobil tətbiqinə yeni funksiyalar əlavə edilib
23 Oktyabr, 2026
Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
21 Oktyabr, 2026
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib